Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bəhreyndəki sıralanma turunda ikinci olaraq, yarışa Oskar Piastri ilə ilk cərgədən başlayacaq.
Corc Rassell: “Sıralanma turundan əvvəl biri gəlib bizə desəydi ki, McLaren-ə 0.5 saniyə uduzursunuz, bunu qəbul edərdim, çünki bu üçüncü yeri tutmaq deməkdir. Buna görə də yarışa ikinci yerdən başlamaq bizim üçün bonusdur.
Oskarı təbrik edirəm. Əla dövrə vurdu. Sabahı səbirsizliklə gözləyirəm.
Sözün açığı, axşam olandan sonra trasın temperaturu azaldı və biz də inkişaf etdik. Səhər hava çox isti olanda McLaren bizdən çox uzaqda idi. Sessiya getdikcə biz də sürətləndik.
Buna görə də sabah yarışa ikinci yerdən başlamaq böyük fürsətdir. Amma real danışsaq, Oskarla mübarizə aparmaq asan olmayacaq”.
Şərh əlavə et