Xəbəri Kokpitdə Oxuyun!

Möhtəşəm UFC Bakıda təşkil ediləcək

UFC İLK DƏFƏ AZƏRBAYCANDA! 21 İYUN BAKI CAMAL HİLL VƏ XƏLİL RAUNDTRİ JR. ARASINDA BLOKBASTER YARIM AĞIR ÇƏKİ DÖYÜŞÜNƏ EV SAHİBLİYİ EDƏCƏK.

25 APREL CÜMƏ GÜNÜ BİLETLƏRİN SATIŞINA BAŞLANIR

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Bu tarixi hadisə 21 iyun, şənbə günü Bakı Kristal Zalında baş tutacaq. Döyüş yarışıUFC, Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə  həyatakeçəcək. Tədbirin əsas döyüşündə keçmiş UFC yarım ağır çəkiçempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill, 7-ci yerdəki Xəlil Raundtri Jr. qarşılaşacaq.

UFC FIGHT NIGHT™: HILL vs. ROUNDTREE JR. tədbiriüçün biletlər 25 aprel tarixində, saat 10:00-da (Bakı vaxtı ilə) iTicket platforması üzərindən satışa çıxarılacaq. UFC Fight Club üzvləri üçün erkən satış 23 aprel, çərşənbə günü saat 10:00-da, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 aprel, cüməaxşamı saat 10:00-da start götürəcək.

Bildiririk ki, UFC prezidenti baş icraçı direktoru Dana Vaytilə Azərbaycan Respublikasının gənclər idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü keçiriləcək UFC 314: VOLKANOVSKİ vs. LOPES döyüşündən öncə Mayami baş tutub.

UFC-nin baş icraçı direktoru Dana Vayt: Azərbaycan onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsibaxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxançoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-ninnövbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. 21 iyun Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm.”

Gənclər İdman naziri Fərid Qayıbov: “UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət qayğısı, uğurluidman siyasəti nəticəsində Azərbaycan  dünyada idman ölkəsikimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idmanmərkəzi kimi mövqeyini daha da gücləndirir idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir.”

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib: “Formula 1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunudaha da artıracaq. Biz UFC döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyədavam edirik.”

Keçmiş çempion Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Miçiqan) 2025-ci ildəki ikinci döyüşüüçün Octagon®-a sürətli qayıdış etməyi planlaşdırır. “Dana White’s Contender Series”- UFC çempionluğunu qət edən ilk idmançı  Hill, Tiaqu Santos, Coni Volker Cimmi Krut kimidöyüşçüləri məğlub edərək çempionluğa yüksəlib. Hill, budöyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək, çempionluqyolunda irəliləməyi planlaşdırır.

Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ, Nevada) isə ötən ilin oktyabrında UFC 307-də Aleks Pereyra ilə keçirdiyi Gecənin Döyüşüseçilən çıxışındansonra ilk dəfə yarışacaq. Güclü zərbələri ilə tanınan Raundtri Jr., 13 qələbəsinin 9-nu nokautla qazanıb. Kris Daukus, Karl Roberson Modestas Bukauskas üzərindəki qələbələri iləazarkeşlərin rəğbətini qazanan döyüşçü bu dəfə Hill-in ilk beşdəki yerini almağa çalışacaq.

Bu möhtəşəm döyüş gecəsində, həmçinin UFC azarkeşlərininböyük maraqla gözlədiyi Kyoji Xoriquçinin (34 qələbə, 5 məğlubiyyət; ABŞ, Florida – Yaponiya, Qunma əsili) geridönüşü baş tutacaq. O, UFC tarixində ilk Yaponiyalı çempionolmaq uğrunda mübarizə aparacaq. Onun yolunu kəsəcək isə ənyüngül çəki reytinqində 10-cu pillədə qərarlaşan TəğirUlanbekov (16 qələbə, 2 məğlubiyyət; Rusiya, Mahaçqala) olacaq. Ulanbekov, keçmiş UFC yüngül çəki çempionu Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır  ən yüngül çəki kateqoriyasında zirvəyə yüksəlməyi hədəfləyir.

 

Ağır çəkidə isə qarşılaşma əsl partlayış vəd edir. Reytinqdə 5-ci pillədə yer alan amerikalı Kördis Bleyds (18 qələbə, 5 məğlubiyyət; ABŞ, Çikaqo) UFC- debüt edəcək “Dana White’s Contender Series”-nın parlayan ulduzu olan Rizvan Kuniev (13 qələbə, 2 məğlubiyyət, 1 heç-heçə; Rusiya, Dağıstan) üz-üzə gələcək. Kuniev bu döyüşlə adını UFC arenasında təsdiqləməyi qarşısına məqsəd qoyur.

Əlavə olaraq, turnirin proqramında yer alan digər döyüşləraşağıdakılardır:

İsmayıl Naurdiyev (24 qələbə, 7 məğlubiyyət; Mərakeş, Rabat) orta çəki qarşılaşmasında Çunyonq Parkla (18 qələbə, 6 məğlubiyyət; Cənubi Koreya, Seul) üz-üzəgələcək.
Ağır çəki döyüşündə Hamdi Abdelvahab (6 qələbə, 0 məğlubiyyət; ABŞ, Nyu-York – Misir, Qahirə) Məhəmməd Usmanla (10 qələbə, 4 məğlubiyyət; ABŞ, Texas) qarşılaşacaq.
Bantam çəki qarşılaşmasında İrina Alekseyeva (5 qələbə, 2 məğlubiyyət; Rusiya, Çelyabinsk) Klaudiya Siqulaya (6 qələbə, 2 məğlubiyyət; Polşa, Lodz) qarşı döyüşəcək.
Digər bantam çəki qarşılaşmasında isə Darya Jeleznyakova (9 qələbə, 2 məğlubiyyət; Fransa, Paris – Rusiya, Sankt-Peterburq) Melisa Mallins (7 qələbə, 1 məğlubiyyət; İngiltərə, Koventri) qarşılaşacaq.

Azərbaycanlı döyüşçülər UFC səhnəsində sürətlə irəliləyir, dünya səviyyəli güləş texnikası, zərbə qabiliyyəti döyüş ruhunümayiş etdirirlər. Rafael Fiziev kimi idmançılar, keçmiş yüngülçəki çempionu Rafael dos Anjos Bobi Qren  kimi rəqiblərüzərində qazandıqları möhtəşəm qələbələrlə ölkəmizi UFC-layiqincə təmsil edirlər.

UFC-nin tədbirləri adətən bütün dünyada qısa müddətdətamamilə satılır. Bu səbəbdən azarkeşlərə bu möhtəşəm gecədəiştirak etmək üçün öncədən ufc.com/Baku ünvanındaqeydiyyatdan keçmələri tövsiyə olunur. Ən son yeniliklər döyüşçü heyəti barədə məlumat almaq üçün @UFCEurasia sosial media hesablarını izləməyi unutmayın.

UFC haqqında

UFC® (Ultimate Fighting Championship) — dünyanın aparıcıqarışıq döyüş sənətləri (MMA) təşkilatıdır. 700 milyondan çoxazarkeşi təxminən 300 milyon sosial media izləyicisi iləUFC, qlobal döyüş sənayesinin lideridir. Təşkilat hər il dünyanınən nüfuzlu arenalarında 40-dan çox canlı tədbir keçirir butədbirləri 170-dən çox ölkədə 950 milyondan artıq evəyayımlayır.

UFC-nin idmançı heyətində 70-dən çox ölkəni təmsil edəndünyanın ən güclü MMA döyüşçüləri yer alır. Təşkilatınrəqəmsal məhsullarına UFC FIGHT PASS® da daxildirbuplatforma döyüş idman növləri üzrə dünyanın aparıcı yayımxidmətlərindən biridir.

UFC, TKO Group Holdings (NYSE: TKO) tərkibinə daxildir qərargahı Las Veqas, Nevada ştatında yerləşir. Əlavə məlumatüçün UFC.com saytına daxil ola UFC-ni Facebook.com/UFC, eləcə X (Twitter), Snapchat, Instagram TikTok platformalarında @UFC istifadəçi adı ilə izləyə bilərsiniz.

Rauf Hacıyev

Şərh əlavə et