Kokpit.az xatırladır ki, son günlərdə çıxan xəbərlərə görə monakolu sürücü Ferrari ilə fərqli ypndə işləyir. Buna səbəb isə onun Yaponiya yarışından sonra sazlanmalarda öz seçimini edəcəyini deməsi idi.
Şarl Lekler Bəhreyndəki mətbuat konfransında bu sözlərinə aydınlıq gətirib: “Ferrari ilə aramda böhran var? Bu söz-söhbətlər haradan çıxıb bilmirəm. Hər il olduğu kimi bu mövsüm də üzərində işləyəcəyim yön tapdığımı dedim. Ancaq Ferrari ilə yönlərə getdiyimizlə bağlı iddialar doğru deyil.
Hamımız maşının potensialını maksimuna çıxarmaq üçün işləyirik. Əgər maşını müəyyən formada sazlamaq mənə daha çox inam verirsə və bu komanda üçün faydalıdırsa, deməli haml üçün yaxşıdır”.
Şarl Lekler əlavə edib ki, Ferrari Bəhreynə vacib yeniliklərlə gəlib və onların hazırda əsas hədəfləri McLaren ilə aradakı fərqi azaltmaqdır: “Boliddə bəzi yeniliklərimiz var. Ümid edirəm ki, fərqi bir az bağlamağımıza kömək edər. Fərqi tam bağlamaq mümkün olarmı bilmirəm, amma Suzukada demək olar ki, McLaren-ə hər dövrə 0.3 saniyə uduzurduq. Bu fərqi bağlamaq üçün çox işləməliyik. Yeniliklərlə onlara yaxınlaşa biləcəyimizə ümid edirəm”.
Şərh əlavə et