Xəbəri Kokpitdə Oxuyun!

Qətər GP: Markes fərq ataraq başlayıb

MotoGP üzrə Qətər Qran Prisinin birinci sərbəst yürüşlərində Mark Markes böyük fərqlə zirvədə olub.

Kokpit.az bildirir ki, Amerika yarışında qəza edərək xalsız qalan Mark Markes Luseyl trasındakı birinci sərbəst yürüşlərə əla başlayıb.

İspaniyalı sürücü Qətər trasını sevməsə də, sessiyanın ortasında atdığı sürətli dövrə ilə qardaşı Aleks Markesi yarım saniyə qabaqlayıb və liderliyə yüksəlib.

Sessiyanın son dəqiqələrində isə Fabio di Canantonio və Françesko Banyaya Aleks Markesi qabaqlayaraq, ikinci və üçüncü olublar.

Françesko Banyaya sessiyadan əvvəl bildirmişdi ki, tras tozlu olanda Mark Markes sürətli olacaq, amma tras təmizləndikcə fərq bağlanacaq.

Ducati-lərdən sonra ən yaxşı performansı KTM komandasının sürücüləri göstərib.

Həftəsonunun ən maraqlı hadisəsi isə son Dünya Çempionu Xorxe Martinin nəhayət ki, zəfədən qayıtması və Aprilia ilə ilk dövrəsini vurması olub.

Rauf Hacıyev

Şərh əlavə et