Kokpit.az bildirir ki, Bəhreyn Qran Prisinin birinci sərbəst yürüşlərində havanın tempetaturu 35 dərəcə, asfaltın temperaturu 48 dərəcə olub.
Əvvəl də xəbər verdiyimiz kimi Saxir trasında birinci sərbəst yürüşlərdə 6 debütant sürücü çıxış edib. Fernando Alonsonu Felipe Druqoviç, Şarl Lekleri Dino Beqanoviç, Corc Rasselli Frederik Vesti, Karlos Saynsı Lyuk Brouninq, Oliver Bermanı Rio Hirakava, Maks Ferstappeni isə Ayumu İvasa əvəz edib.
Trasa ilk olaraq Ayumu İvasa çıxıb. İlk cəhdlərdən sonra Lando Norris 1.35.674 zaman nəticəsi göstərərək, zirvəyə oturub. Sessiyanın yeddinci dəqiqəsində isə Mercedes komandasından Andrea Kimi Antonelli radiodan bildirib ki, boliddə problem yaşayır və yavaş-yavaş pitə yönlənib.
Ferrari komandasının sürücüsü Lyuis Həmilton radiodan mühəndisi Rikardo Adamiyə bolidi sürməkdə çətinlik çəkdiyini deyib.
Williams komandasının iki sürücüsü insident yaşamaqdan son anda qaçıblar. Ümumilikdə isə sessiyada heç bir problem yaşanmayıb.
Zirvədəki sürücülər tez-tez dəyişsələr də, sonda Lando Norris 1.33.204 zaman nəticəsi ilə birinci olub. İkinci yeri Pyer Qasli, üçüncü yeri Lyuis Həmilton tutublar. Beşliyi Aleks Elbon və Esteban Okon bağlayıblar.
Onları Niko Hülkenberq, Cek Duhən, Liam Louson, Yuki Tsunoda və Oskar Piastri izləyiblər.
Şərh əlavə et