Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Zarafat eləmirəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, McLaren ilə bağlı verdiyi açıqlamalar zarafat olmayıb.

Kokpit.az bildirir ki, Maks Ferstappen Yaponiya yarışından sonra bildirmişdi ki, McLaren MCL39-u özü sürsəydi, yarışı asanlıqla qazanardı.

Niderlandlı sürücünün bu sözlərinə ilk reaksiyanı Oskar Piastri vermişdi. Gənc sürücü Ferstappenin zarafat etdiyini deyərək, gərginliyi azaltmağa çalışmışdı.

Lakin Maks Ferstappen Bəhreyndə bildirib ki, o zarafat etmir: “Zarafat etmirəm. Elə bilirsən zarafat edirəm? Bunu ciddi soruşuram.

Bu zarafat deyildi. Bolidimizin işləmə aralığı çox dardır. Məndən soruşdular ki, başqa maşında olsaydın, necə olardı? Mən də dürüst cavab verdim.

Eyni intervyuda dedim ki, bu onsuz da reallaşan deyil. Buna görə də bu barədə çox danışmaq olmaz. Hazırda öz komandam üçün işləyirəm. Bolidimizi daha rəqabətədavamlı etmək istəyirik. Beləliklə daha çox əylənəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et