Kokpit.az bildirir ki, Bəhreyndə keçirilən Formula 2 üzrə sıralanma turunda sürücülər ilk dəqiqələrdən trasa çıxıblar və sürətli dövrələr atmağa başlayıblar.
20 dəqiqədən sonra Leonardo Fernaroli zirvədə olub. Gənc sürücü 1.44.642 zaman nəticəsi ilə 105 saniyənin altına düşən ilk pilot olub.
Sessiyanın sonlarında sürücülər yavaş-yavaş nəticələrini yaxşılaşdırıblar. Viktor Martins 1.44.163 zaman nəticəsi ilə liderliyə yüksəlib. Ancaq son sözü 1.44.008 zaman nəticəsi ilə Leonardo Fernaroli deyib poulu qazanıb.
Viktor Martins italyan sürücüdən 0.155 saniyə geridə qalaraq ikinci olub. Üçüncü yeri isə Lyuk Brouninq tutub. Beşliyi Aleks Danni və Roman Stanek bağlayıblar.
Rixard Versxur altıncı, Sami Meqetunif yeddinci yerləri tutublar. Onluğun son 3 pilləsində isə Rafael Vilyaqomes, Dino Beqanoviç və Coşua Dürksen qərarlaşıblar.
Şərh əlavə et