Xəbəri Kokpitdə Oxuyun!

Antonelli əfsanəvi Rəykkönenlə olan xatirəsini danışıb

Mercedes komandasının sürücüsü Kimi Antonelli əfsanəvi Kimi Rəykkönenlə tanışlıq xatirəsini danışıb.

Kokpit.az bildirir ki, italyan sürücü adınş Kimi Rəykkönendən alıb.

Kimi Antonelli: “Onunla ilk dəfə tanış olanda ləqəbinin nəyə görə “buz adam” olduğunu anladım. Yanına böyük həyəcanla getmişdim, amma mənə reaksiya vermədi. Buna baxmayaraq çox möhtəşəm aurası var idi.

Onunla hələ də uzun-uzun söhbət etmək şansım olmayıb. Amma çox istəyəm. Əminəm ki, yarışla bağlı əla məsləhətləri olar”.

Kimi Rəykkönen Formula 1 karyerası ərzində dürüstlüyü və mətbuata verdiyi qısa cavablarla tanınıb. Bu xüsusiyyətlərinə ona “İceman” ləqəbi verilmişdi.

Finlandiyalı sürücü 2007-ci ildə Ferrari ilə Lyuis Həmilton və Fernando Alonsonu geridə qoyaraq, karyerasının yeganə Dünya Çempionluğunu qazanmışdı.

Rauf Hacıyev

Şərh əlavə et