Kokpit.az bildirir ki, McLaren 2027-ci ildə Dünya Dözümlülük Çempionatının Hypercar kateqoriyasında mübarizə aparacaq.
Şirkət bu həmlə ilə həm keçmişdəki ikonik uğurları yenidən yaşatmağı, həm də dözümlülük yarışlarının zirvəsində davamlı olaraq qalmağı hədəfləyir.
Hələlik komandanın sürücüləri və tərəfdaşları məlum deyil. Bu detalların növbəti aylarda dəqiqləşməsi gözlənilir.
McLaren Racing 1963-cü ildə yarış pilotu Brus MakLaren tərəfindən qurulub. Komanda ilk Formula 1 yarışına 1966-cı ildə çıxıb. O tarixdən bəri McLaren 21 dəfə Formula 1 Dünya Çempionluğu, 191 yarış qələbəsi, üç İndianapolis 500 qələbəsi və 1995-ci ildə 24 saatlıq Le Man Marafonu qazanıb. Müasir dövrdə McLaren beş fərqli yarış seriyasında çıxış edir.
“Narıncılar” Formula 1-də Lando Norris və Oskar Piastri, İndyCar seriyasında Pato O’Vard, Nolan Sigel və Kristian Lundqardla, Formula E-də Sem Börd və Teylor Barnardla, F1 Academy-xə Ella Loydla, F1 Sim Racing Çempiotında isə Lukas Bleykli, Vilson Hyuz və Alfi Butçerlə mübarizə aparırlar.
Şərh əlavə et