Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Bəhreynə yüksək əhvalla gedir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Yaponiyadakı qələbədən sonra Bəhreynə yüksək əhval-ruhiyyədə yollanırlar.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü keçən həftəsonu Yaponiyada mövsümdəki ilk qələbəsini qazanıb. Onu McLaren komandasının sürücüləri izləyiblər.

Maks Ferstappen: “Yaponiyadakı qələbə komanda üçün pozitiv hadisə idi və Honda ilə gözə vida oldu. Geridə qalan illər ərzndə yaxşı münasibət qurduq və birlikdə yaxşı uğurlaq qazandıq.

Suzukada ardıcık dördüncü dəfə qazanmaq əla idi. Bu, üçyarışlıq seriya üçün əla başlanğıc idi və komanda motivasiya qazandı. Hazırda özümüzü daha güclü hiss edirik.

Keçmişdə Bəhreyndə yaxşı nəticələr qazanmışıq. Texniki trasdır. Gecə yarışı olsa da, hava istidir. Bu yarış bizim üçün asan olmayacaq. Bəzi sahələrdə inkişaf etməliyik. Təkərlərimiz yetərincə yaxşı işləmir və bolidin sürəti o qədər də yaxşı deyil. Bu problemlər üzərində işləyirik. Bu həftəsonunun bizə nə gətirəcəyini maraqla gözləyirəm. Ümid edirəm ki, boliddən maksimumu alarıq”.

Qeyd edək ki, Maks Ferstappen 2023 və 2024-cü illərdə Bəhreyn yarışlarının qalibi olub.

Red Bull komandasının yeni sürücüsü Yuki Tsunoda da Bəhreyn yarışını səbirsizliklə gözləyir: “Bəhreyndəki həftəsonunun başlamasını səbirsizliklə gözləyirəm. Komanda ilə işləməyə köklənmək istəyirəm.

Yaponiyadakı həftəsonu dəlisov keçdi. Öz vətənimdə yarışmaq gözəl idi, amma indi Bəhreyndə daha sakit formada işləyə biləcəyəm və buna görə sevincliyəm. Bolidə öyrəşmək və Red Bull Racing komandasına uyğunlaşmaq istəyirəm.

Suzukadakı həftəsonundan çox şey öyrəndim. İndi bu məlumatlardan istifadə edib, boliddən maksimumu almalıyam.

Bəhreyn trasını hamımız yaxşı tanıyırıq. Bu həftə hava Yaponiyadakından fərqli olacaq. Yaxşı hazırlanmalı və keçən həftəyə nisbətən daha yaxşı sıralanma turu keçirməliyəm. Əgər bu həftəsonu sıralanma turunda təkərləri sürətli dövrəyə yaxşı hazırlasam, yaxşı nəticə və xal qazana builərəm”.

Qeyd edək ki, Yuki Tsunoda Yaponiyada Red Bull ilə ilk yarışına çıxmış və 12-ci yeri tutaraq, xalsız qalmışdı.

Rauf Hacıyev

Şərh əlavə et