Kokpit.az xatırladır ki, Robert 2021-ci ildə bu vəzifəyə seçilmişdi. O yazılı formada verdiyi açıqlamada bildirib ki, son dövrlərdə alınan qərarlar uyğun proseslərdən keçmədən, qapalı qapılar arxasında qəbul olunur. Bu da onun iş prinsiplərinə ziddir.
Robert Rayd: “Bu vəzifəni statusa görə yox, FİA-nın üzvlərinə xidmət etmək üçün qəbul etmişəm. Ancaq vaxt keçdikcə bu prinsiplərə necə riayət olunmadığını gördüm. Avtoidman şəffaf və üzvlərə fokuslanmış liderliyə layiqdir”.
Rayd Formula 1-in üzvü olan bütün klubları və səhmdarları federasiyadan hesab istəməyə çağırıb. FİA bu barədə rəsmi açıqlama verməyib.
Şərh əlavə et