Kokpit.az bildirir ki, Pirelli bu ik İmola və Mayami Qran Prilərinə keçən ilə nisbətən bir qat yumşaq təkərlərlə gələcək. Beləliklə, C6 tərkibləri ilk dəfə İmolada istifadə ediləcək.
Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, sürücülər artıq təkərlərə daha yaxşı nəzarət edirlər: “Keçən yarış Suzukada həyəcanlı keçməyən yarışa baxmayaraq sürücülər bir təkərlə uzun müddət yaxşı templə getdikləri üçün razı qalmışdılar.
Lakin idmanımızın bütün səhmdarları istəyirlər ki, nəticəsi proqnozlaşdırıla bilməyən və daha təsiredici yarışlar görsünlər. Təkərlərin davranışı bu rəsmin əsas hissəsidir. Formula 1-in ortağı olaraq bu mövzuda daha proaktiv olmağı hədəfləyirik”.
Bu təkər seçiminə görə Mayami və İmola Qran Prilərində daha fərqli təkər strategiyaları gözlənilir. Daha Soft təkərlər komandalar üçün pit strategiyalarını daha fərqli edəcək.
Şərh əlavə et