Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-də fikir ayrılıqları yaranıb

Şarl Lekler Yaponiya yarışından sonra komanda rəhbərliyinə bildirib ki, artıq öz qərarlarını tətbiq edəcək.

Kokpit.az bildirir ki, monakolu sürücü Suzukadakı yarışdan sonra komanda rəhbəri və mühəndislərlə toplantıda bildirib ki, sazlanmaları özü seçəcək. O, Lyuis Həmiltona görə formalaşan texniki yeniliklərə sərt formada reaksiya göstərib.

Şarl Lekler yarışdan sonra belə açıqlama verib: “Bəhreyn bizim üçün çox vacib olacaq. Testlərdəki yanaşmadan fərqli düşüncədə ora gedirəm. Sürüş tərzi cəhətdən daha dəqiq yönüm var. Ümid edirəm ki, qarşılığını alaram”.

Əksəriyyət düşünürdü ki, Ferrari komandasında hər iki sürücü də oxşar sürüş tərzlərinə sahibdirlər. Ancaq ilk yarışlarda alınan nəticələr bu uyğunluğun trasda əks olunmadığını göstərir. Bundan sonra Şarl Lekler və Lyuis Həmilton fərqli yöndə inkişafa yönlənəcəklər. Bu hal Formula 1-də həmişə olsa da, texniki bütünlük üçün ayrı fikirlər formalaşdırır.

Suzuka yarışından Lyuis Həmilton da narazı idi: “Əlimdən bu gəlirdi. Arxa tərəfdə problem yaşadım. Düzdür, sıralanma turu vacibdir, amma öndə başlasam da, Mercedes-lər məni gəlib keçəcəkdilər”.

Bundan başqa Ferrari-nin Bəhreynə gətirməyi planlaşdırdığı altlıq da fikir ayrılıqlarına görə gözləmədədir. Aerodinamika şöbəsi altlığın istifadəsini istəsə də, Frederik Vassyör və Loik Serra daha təmkinlidirlər.

Rauf Hacıyev

Şərh əlavə et