Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Suzuka Monakodan fərqlənmir

Aston Martin komandasının sürücüsü Fernando Alonso ötmələrin çətinliyinə görə Suzukanı Monakoya bənzədib.

Kokpit.az xatırladır ki, İspaniyalı sürücü Yaponiya yarışını 11-ci yerdə tamamlayıb.

Yarışdan sonra müsahibə verən Fernando Alonso bildirib ki, artıq Suzuka trasında da Monakoda olduğu kimi yarışın taleyi şənbə günü müəyyən olur: “Bura Suzukadır. Burada hava şəraiti dəyişməsə, ötmə olan yarış xatırlamıram.

Hər dördüncü gün eyni şeyləri təkrar edirik: Suzuka gözəldir, Monako ecazkardır. Həftəsonu çox xüsusidir deyirik. Sonra bazar yuxudan oyanırıq və deyirik ki, Monako darıxdırıcıdır, bu trası necə dəyişdirə bilərik? Amma bu Formula 1 deməkdir. Suzuka gözəldir, çünki şənbə günü inanılmaz dərəcədə yüksək adrenalin olur”.

Fernando Alonso yarışdakı tək pit-stoplu strategiyadan da danışıb: “Əvvəllər daha çox pit-stop olan yarışlarda təkərlər fərqli idi. Amma bu dəfə davamlı olaraq ilişmənin olmamasından şikayət edirdik. Çox pit olanda da təkərlərin dözmədiyini deyirik. Həftəsonunun neqativ hallarına yox, qazandığımız təcrübəyə köklənirəm”.

Rauf Hacıyev

Şərh əlavə et