Kokpit.az xatırladır ki, monakolu sürücü Yaponiya yarışını elə başladığı yerdə – dördüncü – bitirib. O, finişə yarışı qazanan Maks Ferstappendən 14 saniyə sonra çatıb.
Şarl Lekler: “Hər şeyi mükəmməl etsək də, tempimiz yoxdur. Bu da bizə pis təsir edir.
Bolidin hissiyatında inkişaf var. Bəli, sükan arxasında indi daha yaxşı hiss edirəm və növbəti yarışlarda nə edəcəyimizi dəqiqliklə bilirik. Lakin bu məni xoşbəxt etmir.
Yarışda hər şeyi mükəmməl etsək də, dördüncü yeri tutduq və daha yaxşısını etmək mümkün deyil… Bu mənə pis təsir edir. Əlimizdən gələnin ən yaxşısını etsək də, McLaren və Red Bull-dan hər dövrə 0.3-0.4 saniyə yavaşıq. Bu da bizim real tempimizdir”.
Buna baxmayaraq Şarl Lekler ümidini itirmir: “Fərq bağlana bilər. Buna inanıram. Həmişə dediyim kimi mövsümə necə başlamağımızdan asılı olmayaraq önümüzə baxmalı və doğru yöndə addımlar atmalıyıq. Bu mövsümün startı yaxşı olmadı. Ancaq hazırda əlimizdən bu gəlir. Bu həftəsonu bolidin performansını maksimuma çıxardığımız üçün sevinməliyik, amma bu potensialın nəticəsinin dördüncü yer olması çox məyusedici haldır. Maranelloda komanda çox işləyir. Bəhreyndə performans cəhətdən daha güclü olmağa ümid edirəm”.
Növbəti yarış Bəhreyndə baş tutacaq. Sürücülər Saxir trasında mövsümöncəsi qış testlərinə çıxmışdılar. Buna görə də bu yarışa meyar nöqtəsi demək olar.
Monakolu sürücü sonda Bəhreyn Qran Prisindəki hədəfindən danışıb: “Bəhreyn bizim üçün çox vacib olacaq. Testlərdəki yanaşmadan fərqli düşüncədə ora gedirəm. Sürüş tərzi cəhətdən daha dəqiq yönüm var. Ümid edirəm ki, qarşılığını alaram”.
Qeyd edək ki, Şarl Leklerin Suzukada tutduğu dördüncü yer Ferrari-nin bu il əsas yarışlarda qazandığı ən yaxşı nəticədir. “Qırmızı”ların bu mövsüm yarışlardakı ən yaxşı nəticəsi Avstraliyadakı 8-ci yer olub.
Şərh əlavə et