Kokpit.az bildirir ki, bu keçiddə Haas ilə Toyota-nın texniki tərəfdaşlığının rolu var.
Daha əvvəl Dünya Dözümlülük Çempionatında Dünya Çempionu titulunu qazanmış yaponiyalı sürücü Alpine-nin ehtiyat sürücülərindən biri idi. O, Yaponiya Qran Prisinin birinci sərbəst yürüşlərində Cek Duhəni əvəz edərək trasa çıxmışdı. Ancaq Suzukadakı yarışdan sərhal sonra Rio Haas komandasına keçib və o, Haas ilə bu il dörd fərqli trasda birinci sərbəst yürüşlərə çıxacaq.
Hirakava ilk olaraq bu həftəsonu Bəhreyndə Oliver Bermanı əvəz edəcək. Bundan başqa yaponiyalı sürücü Meksika, Barselona, Əbu Dabi Qran Prilərinin birinci sərbəst yürüşlərində də iştirak edəcək.
Rio Hirakava Haas komandasına keçid barədə bunları deyib: “Bu fürsət üçün çox həyəcanlıyam. Haas komandasına keçmək mənim üçün yeni macəradır. Ardıcıl iki həftəsonunda trasa çıxacağam və bunun üçün səbirsizlənirəm. Bu şansı mənə verən Komatsuya, Haas Formula 1 komandasına, Morizoya və Toyota GAZOO Racing-ə təşəkkür edirəm”.
Şərh əlavə et