Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton gələcəyə ümid edir

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Yaponiyada zəif performans göstərsə də, gələcək üçün ümidlidir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Yaponiya yarışına rəqiblərindən fərqli olaraq Hard təkərdə başlayıb. Bu sttategiyaya görə trasda uzun müddət qalıb və ikinci yerə qədər yüksəlib. Lakin pitdən sonra yeddinci yerə geriləyib və yarışı yeddinci yerdə yekunlaşdırıb.

Lyuis Həmilton: “Yarışda əlimdən gələnin ən yaxşısını etdim, amma önümdəki rəqiblərimlə nisbətdə performansım zəif idi. Bundan başqa təkərlərdən istədiyimi ala bilmədim”.

Buna baxmayaraq Lyuis Həmilton düşünür ki, komanda boliddəki problemləri həll edəcəyi halda yaxşı nəticələr qazana bilərlər: “Son 3 yarışda yaxşı işləməyən bir yönü kəşf etdik. Bu problemi həll etdiyimizdə daha yaxşı nəticələr qazanacağımıza ümid edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et