Kokpit.az xatırladır ki, Avstraliyalı sürücü Suzukadakı yarışı başladığı kimi – üçüncü yerdə tamamlayıb. Onun komanda yoldaşı Lando Norris isə ikinci yeri tutub.
Yarışın sonıarına Oskar komanda yoldaşı Landoya yaxınlaşıb və komandasına təklif edib ki, Maksa hücum etmək üçün önə keçirilsin. Amma McLaren bu təklifə razılıq verməyib.
Oskar Piastri: “Məncə, yarışın taleyi dünən sıralanma turunda məlum oldu. Tempimiz yaxşı idi və bundan çox razıyam. Suzukada sıralanma turu çox vacibdir. Dünəni, yəni ki, sıralanma turunu yaxşı dəyərləndirmədik. Əslində yarışın qalibi şənbə günü məlum oldu.
Əgər yaxşı yerdən başlasaydım, Maks ilə qələbə uğrunda mübarizə apara bilərdim. Amma geridən başlayanda belə olur”.
Şərh əlavə et