Kokpit.az xatırladır ki, dördqat Dünya Çempionu Suzukadakı yarışa pouldan başlayıb və yarışın sonuna qədər bu üstünlüyünü qoruyaraq mövsümdəki ilk qələbəsini qazanıb. Bu, qələbə Honda-nın öz doğma trasında olduğu üçün daha əlamətdardır.
Yarış ərzində onu McLaren komandasının sürücüləri Lando Norris və Oskar Piastri izləyiblər.
Maks Ferstappen: “Çətin idi. Doğrudan da limitləri sona qədər istifadə etdim. İki McLaren də məni çox yaxından izlədi və bu hal yarışı daha da əyləncəli etdi. Doğrudan da çox secincliyən. Həftəsonuna çətin start versək də, heç vaxt təslim olmadıq və bolidi təkmilləşdirməyə davam etdik. Pouldan başladım və yarışı qazandım.
Performansı yaxşılaşdırmaq çox vacibdir. Bu həftəsonu bunu çox yaxşı bacara bildik”.
Red Bull və Honda mövsümün sonunda yollarını ayırırlar. Buna görə də Red Bull-un Honda motoru ilə Yaponiyadakı son yarışını qazanması iki tərəf üçün də dəyərli olub: “Suzuka mənim üçün çox şey ifadə edir. Yaponiyada Honda ilə son yarışımız idi və öndə qalmalı idim. Bu, çox gözəl vida oldu”.
Şərh əlavə et