Kokpit.az xatırladır ki, britaniyalı sürücü Suzukada sıralanma turunda 8-ci olub. Onun komanda yoldaşı Şarl Lekler isə dördüncü yeri tutub.
Lyuis Həmilton: “Yetərincə yaxşı deyildik. Səkkizinci yer yaxşı deyil.
Şarl əla iş gördü. Onunla fərqli sazlanmalar seçdik. Bolid öndən çox sürüşürdü və sazlanma edə bilmədim”.
Daha əvvəl Suzukada 4 qələbə qazanmış Lyuis Həmilton yarışda yağışın yağmasına ümid edir: “Yağışda yarışmağı çox sevirəm. Buna görə də ümid edirəm ki, yarış zamanı yağış yağar”.
Qeyd edək ki, yarışda yağışın yağma ehtimalı var.
Şərh əlavə et