Kokpit.az xatırladır ki, italyan sürücü Yaponiya yarışına 6-cı yerdən başlayıb və startda yerini qoruyub. O, təkərlərə yaxşı nəzarət edərək, pit-stopa lider qrupun sürücülərindən sonra gedib və bir müddət yarışa liderlik edib.
Bununla da Kimi Antonelli Formula 1 yarışına liderlik edən ən gənc sürücü statusunu Maks Ferstappenin əlindən alaraq tarixə düşüb.
Debütant sürücü bu uğura 18 yaş 7 ay 12 günlüyündə nail olub. Bu rekord yeni nəsil sürücülərin performansından asılı olaraq uzun müddət qırılmaya bilər.
Kimi Antonellinin növbəti hədəfi Maks Ferstappenə aid olan başqa bir rekordu qırmaq olacaq – Formula 1 tarixinin yarış qazanmış ən gənc sürücüsü. Bu rekordu qırmaq üçün gənc sürücünün ikiyarışlıq vaxtı var.
Şərh əlavə et