Xəbəri Kokpitdə Oxuyun!

Karlos Sayns yenə cərimələnib

Williams komandasının sürücüsü Karlos Sayns Yaponiya Qran Prisində idman reqlamentinə riayət etmədiyi üçün pul cəzası alıb.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü yarışdan əvvəl himn mərasiminə gecikib.

Bu hal isə FİA-nın idman reqlamentinə görə Maddə 19.4 b-yə riayət etməməkdir. Buna görə də FİA Karlos Saynsa 20 min avro pul cəzası verib. Ancaq bu cəzanın 10 avroluq hissəsi təxirə salınıb. Əgər Sayns növbəti 12 ay ərzində yenə də bu qaydanı pozsa, qalan 10 min avroluq cərimə keçərli sayılacaq.

Qeyd edək ki, himn mərasimi yarışdan 46 dəqiqə əvvəl keçirilir. Ancaq Karlos Sayns bu mərasimə vaxtında gəlməyib.

Buna baxmayaraq ispaniyalı pilotun cəzası qaydalar kitabında yazılandan yüngül olub. FİA cəzanın yüngül olmasını bununla izah edib: “FİA Beynəlxalq İdman Reqlamentində Əlavə B hissəsindəki Cəza Kitabçasına görə bu qayda pozuntusunun cəzası 60 min avrodur.

Amma burada yumşaldıcı səbəb olaraq sürücünün himn mərasimindən əvvəl mədə problemi yaşamasıdır. Bu hal sürücünün mərasimə gecikməsinə səbəb olub.

Bu hal Med-Ex həkimi Doktor Messina tərəfindən də təsdiqlənib və sürücü müalicə olunub”.

Rauf Hacıyev

Şərh əlavə et