Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Tempim zəifdir

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, Yaponiya Qran Prisində əlindən gələni etsə də, rəqiblərinin tempinə cavab verə bilməyib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Suzuka trasındakı yarışş başladığı yerdə – beşinci – bitirib.

Corc Rassell: “Son iki həftəsonunda daha asan olan bir pit-stoplu strategiya seçdik. Məncə, tras yenilənəndə Pirelli daha yumşaq tərkibləri gətirməlidir, çünki sərt tərkiblər daha dözümlü olurlar.

Əlimizdən gələni etsək də, ötmə etmək mümkünsüz idi. İlk üçlükdəki sürücülərin tempinə cavab verə biləcəyimizi düşünmürəm. Onları keçmək şansın yox idi”.

Onu da qeyd edək ki, Corc Rassell mövsümün ilk iki yarışında üçüncü yeri tutaraq, podiuma yüksəlmişdi. Britaniyalı pilot Yaponiya yarışında beşinci olduqdan sonra onun ikiyarışlıq podium seriyası başa çatıb.

Rauf Hacıyev

Şərh əlavə et