Kokpit.az xatırladır ki, britaniyalı sürücü Suzukadakı sərbəst yürüşlərdə güclü görünürdü. Buna görə də sıralanma turu üçün əsas favoritlərdən biri sayılırdı. Lakin o, sıralanma turunun son sessiyasında zəif çıxış edib və beşinci yeri tutub.
Corc Rassell: “Bütün həftəsonu ərzində özümü çox əla hiss edirdim. Buna görə də sıralanma turunda beşinci yeri tumaq məni doğrudan da çox məyus etdi.
Üçüncü sərbəst yürüşlərdə hava bir az sərin idi və təkərlərlə bağlı fərqli şeylər sınadıq. Amma təəssüf ki, bu işə yaramadı. Bu hal çox əsəbpozucudur, lakin bundan da pis nəticə ala bilərdik.
Beşinci yer start üçün pis deyil. Yarışda yağışın yağma ehtimalı da var. Hər şey ola bilər. Qələbə çətin olsa da, podium uğrunda qətiliklə mübarizə apara bilərik. Dəyişkən hava şəraitində vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir”.
Qeyd edək ki, yarışda yağışın yağma ehtimalı var.
Şərh əlavə et