Kokpit.az xatırladır ki, sıralanma turunun ikinci sessiyasında sürətli dövrəsini atarkən birinci döngəyə sürətlə gəlib və Karlos Saynsın orada yavaş getməsinə görə son anda qəzadan qaçıb. Britaniyalı sürücü bundan sonra yavaşlayıb və sürətli dövrəsini ləğv edib.
Karlos Sayns bildirib ki, komandası Həmiltonun yaxınlaşması ilə bağlı xəbərdarlıq verməyib. Buna baxmayaraq stüardlar ispaniyalı pilota yarışın startında 3 yer itirmək cəzası veriblər. Beləliklə, Karlos sabahkı yarışa 12-ci yerdən yox, 15-ci yerdən start verəcək.
Stüardlar insident barədə belə şərh veriblər: “55 nömrəli maşın (Sayns) sürətli dövrəsini tamamladıqdan sonra soyutma dövrəsinə başlayarkən, sürətli dövrəsində olan 44 nömrəli maşın (Həmilton) 55 nömrəli maşından qaçmaq üçün trasdan çıxmalı oldu.
55 nömrəli maşının pilotu 44 nömrəli maşının ona yaxınlaşması ilə bağlı xəbərdarlıq almadığını və çox təəccübləndiyini bildirib. Bundan başqa 44 nömrəli maşının yaxınlaşma sürətinə və öz maşınının bucağına görə onu güzgülərindən görmədiyini deyib.
Lakin yuxarıqda qeyd edilənlərə baxmayaraq, 44 nömrəli maşın pitə girmədiyi üçün sürətli dövrəyə başlayacaqdı. Buna görə də 55 nömrəli maşının insidentdən qaçmaq üçün vaxtı var idi. Bundan başqa komandası da sürücüyə xəbərdarlıq verməli idi.
Buna görə də sürücünün və ya komandanın səhvinin olub-olmadığından asılı olmayaraq sıralanma turundakı proseduru tətbiq edirik və ona startda 3 yer itirmə cəzası veririk”.
Şərh əlavə et