Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: İstənilən şəraitə hazıram

McLaren komandasının sürücüsü Oskat Piastri inanır ki, o, sabah yarışda qələbə uğrunda mübarizə aparacaq.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Çində karyerasının ilk poulunu qazandıqdan sonda Yaponiyada da sıralanma turunun ən böyük favoritlərindən biri idi. Lakin o, son cəhdində nəticəsini yaxşılaşdıra bilməyib və sabahkı yarışa üçüncü yerdən başlayacaq.

Buna baxmayaraq Oskar Piastri McLaren-in yarış tempinə güvənir: “Özümü boliddə yaxşı hiss edirdim. Xüsusən də üçüncü sessiyanın əvvəlində. Amma son cəhdim istədiyim kimi keçmədi.

Bolidimiz əladır. Yaxşı tempimiz var, amma rəqiblərimiz düşündüyümüz qədər uzaqda deyillər. Bu gün peleton bir-birinə çox yaxın idi.

Maks poul qazanaraq əla iş gördü. Amma biz qələbə uğrunda mübarizə aparacağıq. Yağışın yağıb-yağmamsı mənim üçün vacib deyil. İstənilən hava şəraitinə hazıram”.

Rauf Hacıyev

Şərh əlavə et