Kokpit.az xatırladır ki, britaniyalı sürücünün Ferrari karyerası gözlənildiyindən daha çətin başlayıb. Britaniyalı pilot Çin Qran Prisinin sprint yarışında qalib gəlsə də, ilk iki əsas yarışda yaxşı performans göstərə bilməyib.
Yeddiqat Dünya Çempionu Lyuis Hamilton, hələ də yeni SF-25-ə uyğunlaşma prosesində olduğunu deyib: “Bu vəziyyət bir neçə amilin birləşməsindən qaynaqlanır, amma məncə, ən böyük səbəb avtomobilin parametrlərini düzgün anlamamaqdır. Hələ də maşını öyrənirəm və komandanın mənə verdiyi şeyləri hələ də test edib anlaya bilməmişəm. Çində sıralanma turundan əvvəl sazlanma ilə bağlı səhv qərar aldım və yarış ərzində bunun nəticələrinə dözməli olduq.
Əgər boliddə heç bir dəyişiklik etməsəydik və ya atdığımız addım həqiqətən düzgün olsaydı, yəqin ki, ilk üçlükdə yer ala bilərdik və bu, nəticəni dəyişə bilərdi. Amma təəssüf ki, belə olmadı. Sıralanma turundan etibarən bolid i sürməkçox çətin idi və yarış boyu eyni qaldı. Ona görə də biz sadəcə dözməli olduq”.
Lyuis Həmilton əlavə edib ki, Mercedes-dən Ferrari-yə keçmək çətindir: “Məncə, işin içində olmayan insanlar gördüyümüz işi anlamırlar. Biz bolid sazlanmasından danışarkən bir neçə nüansı nəzərə alırıq.
Mövsümün ilk yarışında maşında özümü yaxşı hiss etməsəm də, tempim pis deyildi. İlk dəfə yağışlı havada bu maşını ürdüm və çox şey öyrəndim. Çində ilk dəfə yarış tempində işlədim. Rəqiblərim Əbu Dabi testində 2025-ci il təkərlərini sınamışdılar, amma mən sınaya bilmədim. Bəhreyndəki testlərdə maşınım xarab oldu. Sprint yarışında ilk dəfə 20 dövrəlik tempdə işlədim və ilk dəfə C2 tərkiblərdən istifadə etdim. Təkərləri yarışda öyrəndim.
Keçənilki təkər testlərində iştirak edə bilməməyimin təsirini aşkar formada hiss etdim. Bu iki yarışdakı öyrəşmə prosesindən razıyam. Ancaq görüləsi çox işimiz var”.
Şərh əlavə et