Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bu il Williams-a transfer olunub və Formula 1-dəki 5-ci fərqli komanda ilə yarışmağa başlayıb. Yəni ki, yeni bir komandaya öyrəşməkdə artıq təcrübəsi var.
Lakin 31 yaşlı pilot bu mövsüm ilk iki yarışda gözləntiləri qarşılaya bilməyib və iki yarışda da komanda yoldaşı Aleks Elbondan geridə qalıb.
Karlos Sayns: “Bəhreyn testlərində bu maşınla yaxşı nəticələr qazana biləcəyimi göstərdim. Amma əsas olan bütün döngələrdə maksimumu ala bilmək, bolidi inkişaf etdirmək və var qüvvəmlə sürməkdir. Gözlərimi bağlasam da, bolidin limitlərini tapacaq səviyyəyə gəlmək üçün 1 ilə ehtiyacım var.
Özümü istədiyim səviyyətə çatdırmaq üçün 5 ya da 10 yarışa ehtiyacım var. Fərqli traslarda, fərqli şəraitdə, fərqli asfalt qatlarında və fərqli asfaltayatma səviyyələrində yarışmaq lazımdır.
Hər maşının öz xarakteri var. 2022-ci ildə Ferrari-yə öyrəşməkdə çətinlik çəkdim. Amma 2023 və 2024-cü illərdə sürətli idim. Eyni hal Renault və McLaren-də də yaşanmışdı. İndi isə Williams-da oxşar prosesdən keçirəm.
GPS məlumatlarına baxanda harada vaxt itirdiyimizi görə bilirəm. Növbəti üçyarışlıq marafonda doğru yöndə addım ata bilsəm, bu mənim üçün yaxşı olacaq”.
Şərh əlavə et