Xəbəri Kokpitdə Oxuyun!

Haas Yaponiyaya yeni altlıq gətirib

Haas komandası yüksək sürətli döngələrdə aerodinamik problemləri həll etmək üçün Yaponiya Qran Prisi üçün xüsusi altlıq gətirib.

Kokpit.az xatırladır ki, Haas komandası mövsümün ilk yarışı Avstraliyada yüksəksürətli döngələrdə aerodinamik titrəmə problemi yaşamışdı. Amerikan komandası bu problemi həll etmək üçün yeni altlıq hazırlayıb.

Albert Park trası enişli-yoxuşludur. Xüsusən də 9 və 10-cu döngələrdə bolid həddən artıq dalğalanırdı. Buna görə də komanda hər dövrə vaxt itirib. Lakin bu problem mövsümün ikinci yarışı Çində üzə çıxmamış və Haas komandası iki sürücüsü ilə də xallar qazanmışdı.

Komandanın rəhbəri Ayao Komatsu: “Yenilikləri buraya gətirə bilmək üçün normal proseduru qısaltmalı olduq. Bu yeniliklərin nə qədər fərq yaradacağını bilmirik. Vəziyyəti birinci sektordan sonra anlayacağıq. Melburndakı kimi pis də ola bilər, Şanxaydan daha yaxşı da ola bilər. Amma ən azından vəzityyətə nəzarət etmək istədik.

Melburnda asfalt kələ-kötür olduğu üçün aero titrəşimlər yaşadıq və döngələrdə sürətimizi göstərə bilmədik. Şanxayda tras sığallı olduğu üçün problem olmadı və boliddən maksimum performans ala bildik. Yaponiyada bu problemin yaşanmaması üçün altlıq həssaslığını azaldan yenilik hazırladıq”.

Sonda Oyao Komatsu əlavə edib ki, yeniliklər aerodinamik boruda tələsok test edilib və nəticələr yaxşı görünüb. Amma yeniliklərin trasdakı performansı müəmmalıdır.

Rauf Hacıyev

Şərh əlavə et