Xəbəri Kokpitdə Oxuyun!

Norris Suzukada da favoritdir

Bukmeyker kontorları qarşıdan gələn Yaponiya Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Kokpit.az bildirir ki, Lando Norris növbəti yarışda qalib gəlməyə ən yaxın namizəd hesab edilir. Çindəki son yarışı qazanan komanda yoldaşı Oskar Piastrinin şansları isə ondan bir qədər aşağı dəyərləndirilir. Reytinqdə üçüncü yerdə Maks Ferstappendir, lakin onun əmsalı hər yarış daha da yüksəlir…

Lando Norris – 2.40
Oskar Piastri – 2.75
Maks Ferstappen – 7.050
Corc Rassell – 11.00
Lyuis Həmilton, Şarl Lekler – 13.00
Yuki Tsunoda – 34.00

Mövsümün sonunda kimin çempion olacağı ilə bağlı elan edilən əmsallarda da ilk üçlük eynidir – Norrisin çempionluğu daha çox ehtimal olunur, onun əsas rəqibi komanda yoldaşı hesab edilir. Son 4 mövsümün çempionu isə onları izləyir…

Lando Norris – 1.72
Maks Ferstappen – 4.50
Oskar Piastri – 5.50
Şarl  Lekler, Corc Rassell – 15.00
Lyuis Həmilton – 21.00
Kimi Antonelli – 81.00

Mühəndislər Kubokunu kimin qazanacağı ilə bağlı əmsallar cədvəlinə isə McLaren inamla başçılıq edir…

McLaren – 1.12
Ferrari – 7.00
Mercedes – 21.00
Red Bull – 29.00
Williams – 151.00
Aston Martin – 251.00
Alpine, Racing Bulls – 501.00
Haas – 1001.00
Sauber – 1501.00

Elçin Zodorov

Şərh əlavə et