Xəbəri Kokpitdə Oxuyun!

F.Banyaya: Markes yıxılmasa qazana bilməzdim

Ducati komandasının sürücüsü Francesko Banyaya etiraf edib ki, onun Amerikadakı qələbəsi Mark Markesin qəzası sayəsində əldə edilib.

Kokpit.az xatırladır ki, itasyan sürücü builki ilk qələbəsini Amerika yarışında əldə edib. Lakin Ducati pilotu etiraf edib ki, onun qələbəsi komanda yoldaşı Mark Markes yarışı mübarizəni dayandırmasından sonra mümkün olub.

Mövsümə Markesin arxasında başlayan və demək olar ki, hər sessiyadaa ispan pilotdan geri qalan Banyaya, altıncı yerdən başladığı COTA-da yarışı qazana bilib.

İkiqat Dünya Çempionu Françesko Banyaya yarışdan sonra verdiyi açıqlamada bunları deyib: “Markes yarışda hamımızdan daha sürətli idi. Mən onun tempinə cavab verməyə çalışırdım, lakin onun yıxıldığını görəndə bütün diqqətimi fərqi artırmağa yönəltdim”.

Banyaya sonda GP25-də əyləclənmə formasını tapmaqda çətinlik çəkdiyini və mövsümün başlanğıcının asan olmadığını əlavə edib: “Bu həftəsonu nəhayət ki, axtardığım hissi tapdım. Komandama minnətdaram, onlar məni həmişə motivasiya ediblər”.

Rauf Hacıyev

Şərh əlavə et