Xəbəri Kokpitdə Oxuyun!

ABŞ sprint: Markesin seriyası davam edib

MotoGP üzrə Amerika Qran Prisinin sprint yarışında Mark Markes qalib olub.

Kokpit.az bildirir ki, yarışın stardında Françesko Banyaya yaxşı start alaraq liderliyə yüksəlib. Lakin ikinci döngədə yenidən liderliyini geri qaytarıb. Buna baxmayaraq italyan sürücü təslim olmayaraq üçüncü döngədə yenidən zirvəni ələ keçirib. Lakin onun liderliyi cəmi 4 döngə çəkib və Markes yenidən birinciliyə yüksəlib.

Beləliklə startdan sonra sıralanma belə olub – Marks Markes, Banyaya, Aleks Markes, Kuartararo, Akosta, Morbidelli, Di Canantonio, Mir, Vinyales, Marini.

Mark Markes 18-ci dövrədə kiçik səhv edərək, qısa müddətlikdə olsa, liderliyi qardaşı Aleksə qapdırıb. Lakin əfsanəvi sürücü yenidən birinciliyini qaytarıb.

Yarışın beşinci dövrəsində Xoan Mir qəza etsə də, mübarizəni davam etdirə bilib.

Altıncı dövrədə isə Canantonio komanda yoldaşı Morbidellini keçərək, beşinci yerə yüksəlib.

Yarışın 9-cu dövrəsində isə Maverik Vinyales boksa gələrək mübarizəni dayandırıb.

Beləliklə yarışı Mark Markes qazanıb. Onu Aleks Markes və Banyaya izləyiblər.

Di Canandonio dördündü, Morbidelli beşinci, Kuartararo altıncı, Akosta yeddinci, Marini səkkizinci, Oqura doqquzuncu olublar.

Rauf Hacıyev

Şərh əlavə et