Kokpit.az bildirir ki, Amerikada sıralanma turunda mübarizə birinci sessiya ilə başlayıb. Raul Fernandes 10-cu döngədə qəza edərək yıxılıb, ancaq marşallar qırmızı bayraq çıxarmağa tələsməyiblər. Daha sonda bariyerlər zədələndiyi üçün marşallar qırmızı bayraqla sessiyanı dayandıdıblar.
Bariyerlər bərpa edildikdən sonra yaşıl bayraqla sessiya yenidən başlayıb.
Luka Marini 2.02.001 zaman nəticəsi ilə həftəsonunun ən sürətli dövrəsini vurub və liderliyi ələ alıb. Onu Fabio Kuartararo izləyib. Marko Bezzekki üçüncü, Alek Rins dördüncü, Bren Binder beşinci olublar.
İkinci sessiyada isə ilk cəhdlərdən sonra Mark Markes 2.01.522 zaman nəticəsi ilə liderliyə yüksəlib. Di Canantonio ikinci, Banyaya üçüncü, Aleks Markes dördüncü, Mir beşinci yerləri tutublar. Onları Vinyales, Kuartararo, Akosta, Morbidelli, Aldequer, Marini və Miller izləyiblər.
İkinci cəhdlərdə Aldequer yıxılaraq sarı bayraqların çıxmasına səbəb olub. Lakin gənc sürücü sonradan duraraq yoluna davam edib.
İkinci cəhdlərdən sonra Mark Markes liderliyə yüksəlib. Son dövrələr atılarkən isə Xoan Mir qəza edərək sarı bayraqlara səbəb olub. Buna baxmayaraq Mark Markes nəticəsini yaxşılaşdırıb və liderliyi qardaşının əlindən alıb. Di Canantonionun sarı bayraqlara görə silinən dövrəsi isə yenidən ona geri verilib və italyan sürücü yarışa ikinci yerdə başlama haqqı əldə edib.
Şərh əlavə et