Xəbəri Kokpitdə Oxuyun!

ABŞ: Mark Markes dərs keçib

Amerika Qran Prisinin əsas sərbəst yürüşlərində Mark Markes rəqiblərinə dərs keçib və cümə gününü zirvədə bağlayıb.

Kokpit.az bildirir ki, əfsanəvi sürücü COTA trasında ən yaxın rəqibi Fabio di Canantonioya 0.7 saniyə fərq atıb.

Birinci sərbəst yürüşlərdə yağış yağdığı üçün tras yaş idi, amma getdikcə quruyurdu. Buna görə əsas sərbəst yürüşlərin əvvəlində sürücülər trasa yağış təkərləri ilə çıxıblar və sonradan quru təkərlərə keçiblər.

Çempionatın lideri Mark Markes quru təkərlərlə 2.02.929 zaman nəticəsi ilə ən yaxın rəqibi Fabio Di Canantonioya 0.736 saniyə fərq atıb. Birinci sərbəst yürüşlərdə zirvədə olan Franko Morbidelli isə üçüncü yeri tutub. Beşliyi Gresini komandasının iki sürücüsü Aleks Markes və Fermin Aldequer bağlayıblar.

Pramac komandasından Cek Miller altıncı, KTM-dən Pedro Akosta yeddinci, Maverik Vinyales səkkizinci, Honda-dan Xoan Mir doqquzuncu olublar.

Ducati-dən Françesko Banyaya 10-cu olaraq çətinliklə də olsa, sıralanma turuna ikinci sessiyadan başlama haqqı əldə edib. Yamaha-dan Fabio Kuartararo 11-ci olub. Onu Bred Binder, Marko Bezzekki, Ai Oqura izləyiblər.

Sessiyanın sonlarında qəza edən Yohan Zarko isə 20-ci yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et