Xəbəri Kokpitdə Oxuyun!

ABŞ-da yağışlı havada Morbidelli əla başlayıb

MotoGP üzrə Amerika Qran Prisinin birinci sərbəst yürüşləri geridə qalıb. Bu sessiyanı VR46 komandasından Franko Morbidelli zirvədə bağlayıb.

Kokpit.az bildirir ki, Amerikadakı birinci sərbəst yürüşlər yağışlı havada keçirilib. Franko Morbidelli yaş trasda hamıdan sürətli olduğu halda, Mark Markes qəza edərək bu mövsüm ilk insidentini yaşayıb.

İspaniyalı sürücü sessiyanın 15-ci dəqiqəsində motosikletinin idarəetməsini itirərək, sürətli formada trasdan kənara uçub. Əfsanəvi serücü bu qəzadan yaralanmadan qurtulub və marşallarla birgə motosikletini trasdan çıxarıb.

Mark Markes daha sonra trasa qayıtsa da, sadəcə üçüncü yeri tuta bilib. O, Franko Morbidelli və Cek Millerdən geri qalıb.

Yohan Zarko dördüncü, Pedro Akosta beşinci, Françesko Banyaya altıncı yerləri tutublar.

Onluğu Aleks Markes, Maverik Vinyales, Bred Binder və Fernandes bağlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et