Xəbəri Kokpitdə Oxuyun!

V.Bottas McLaren sürüb

Mercedes komandasının test və ehtiyat sürücüsü Valtteri Bottas McLaren ilə İspaniyada test edib.

Kokpit.az xatırladır ki, finlandiyalı sürücü keçən Sauber komandasında çıxış etsə də Qabriel Bortoletonun transferi ilə komandadan göndərilmiş və Mercedes-ə test və ehtiyat sürücüsü kimi transfer olunmuşdu.

O, mövsümün ilk iki yarışında padokda olub. Finlandiyalı sürücünün müqaviləsinə görə onu Mercedes-in müştəri komandalarından biri testə çağırsa, getməlidir. Buna görə də 35 yaşlı pilot “əvvəlki il maşını” testi üçün Barselonada testə çıxıb. Mercedes-in mətbuat katibi bildirivb ki, Valtteri Bottas McLaren-in sisteminə və proseduruna öyrəşmək üçün 2023-cü il maşını olan MCL60-ı sürüb.

McLaren-in 2024-cü ildəki ehtiyar sürücüzü İndyCar-da çıxış edən Pato O’Vard idi. Lakin onun İndyCar-dakı bəzi yarışları Formula 1 ilə üst-üstə düşə bilər. Bu baş verəcəyi halda McLaren ehtiyat sürücüsü olmadan yarışlara gedəcək.

McLaren-dən başqa Williams da Valtteri Bottası ehtiyat sürücü kimi çağıra bilər. Dördüncü müştəri komandası Aston Martinin isə ehtiyat sürücüsü var. O, Felipe Druqoviçdir.

Rauf Hacıyev

Şərh əlavə et