Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Richard Mille ilə yeni saat istehsal edir

Richard Mille və Ferrari 1.5 milyon dollarlıq saat istehsal etmək üçün güclərini birləşdiriblər.

Kokpit.az xatırladır ki, iki şirkət 2021-ci ildən bəri tərəfdaşdırlar. Lyuks saat brendi olan Richard Mille italyan komandası ilə RM 43-01 Tourbillon Split-Seconds Chronograph Ferrari adlı layihəyə imza atıb.

Tam 514 detaldan ibarət olan saatın müxanizmasını həm öndən, həm də arxadan görmək mümkündür. Saatın korpusu aero sahəsində istifadə olunan yüksək dözümlülüyə malik beşinci sinif tiranium materialdan hazırlanır. Eyni titanium materialdan istehsal edilən mexaniki körpülər isə Ferrari-nin mühərrik hissəsindəki X naxışlarını xatırladır. Bütün modellər silikon kəmərlə gələcək.

Richard Mille alıcılara iki fərqli korpus seçimi təqdim edir. Burada iki korpus arasında seçim etmək çətin olacaq.

İki fərqli dizayn iki fərqli avtomobil həvəskarını təmsil edir: “Centilmen sürücü” üçün dizayn edilən titanium model 1.3 milyon dollara, “Yüksək oktanlı ruh” üçün dizayn edilən Carbon TPT modeli isə 1.535 milyon dollara satılacaq.

Hər iki saatın qarışıq mexanizmlərində Ferrari-nin məşhur “şaxə qalxan atı”nı görürük. Bu saatların hərəsindən 75 ədəd istehsal edilib.

Rauf Hacıyev

Şərh əlavə et