Kokpit.az xatırladır ki, Maks Ferstppen Çin yarışına dördüncü yerdən başlasa da, startda altıncı yerə geriləmişdi. Lakin niderlandlı sürücü Hard təkərlərə keçdikdən sonra nisbətən sürətlənmiş və iki Ferrari sürücüsünü keçərək, yarışı dördüncü yerdə bitirmişdi.
Maks Ferrari sürücülərinə yetişdi və onlardan birini keçdi. Bəli, hazırda McLaren hamı üçün meyar nöqtəsidir, çünki onlar mövsümün ilk iki yarışını qazanıblar. Amma biz onlara çatmağa və geridə qoymağa hazırlaşırıq”.
Red Bull-un RB21-i inkişaf etdirmək üçün möhkəm təməli olduğunu bildirən Horner, fərqin çox az olduğunu qeyd edib:”Pouldan cəmi 0,170 saniyə geri qaldıq. Yarışın ikinci hissəsində McLaren sürücüləri ilə eyni tempdə idik. Biz bolidimizi harada təkmilləşdirməli olduğumuzu bilirik və bununla bağlı dəqiq yenilik planımız var”.
Kristian Horner sözlərini komandanın McLaren ilə fərqi aradan qaldırmaq üçün intensiv şəkildə işlədiyini vurğulayaraq yekunlaşdırıb: “Biz bolidindövrəvi nəticələrini yaxşılaşdıracaq yeniliklər üzərində işləyirik. McLaren hazırda lider ola bilər, lakin o qədər də uzaqda deyil”.
Şərh əlavə et