Xəbəri Kokpitdə Oxuyun!

D.Pedrosa KTM ilə testə çıxacaq

MotoGP əfsanəsi Dani Pedrosa aprel ayında Mizanoda KTM RC16-nı sürəcək.

Kokpit.az bildirir ki, KTM-in test və developer sürücüsü Dani Pedrosa Misanoda mövsümiçi testlərə çıxacaq.

Britaniya mətbuatının verdiyi xəbərə görə bu test aprel ayının ikinci həftəsində olacaq və iki gün davam edəcək. Testlərin hava şəraitinə aprelin 8-11-də keçirilməsi planlaşdırılır.

İspaniyalı sürücü bundan başqa İspaniya yarışından dərhal sonra – 28 apreldə Xeres trasında ilk rəsmi testinə çıxacaq. Onunla yanaşı KTM-in əsas sürücüləri Pedro Akosta, Bred Binder, Enea Bastyanini və Maverik Vinyales də testlərdə iştirak edəcəklər.

Bununla da Pedrosanın KTM-dən ayrılacağı ilə bağlı dedi-qodular da sona çatıb.

Xatırladaq ki, əfsanəvi sürücü keçən il İspaniya Qran Prisində xüsusi dəvət ilə yarışmış və sprint yarışında üçüncü yeri tutmuşdu. Dani əsas yarışda mübarizəni vaxtından əvvəl dayandırmışdı. Lakin bu il KTM yarışması üçün Pedrosaya xüsusi dəvət verməyi planlaşdırmır.

Rauf Hacıyev

Şərh əlavə et