Kokpit.az xatırladır ki, britaniyalı sürücü Çin yarışında təsiredici performans gösətərərək, 17-ci yerdən 10-cu yerə qədər yüksəlib. O, Şarl Lekler və Lyuis Həmiltonun diskvalifikasiya edilməsi ilə yekunda 8-ci olub və 4 xal qazanıb.
Debütant sürücü yarış zamanı ötmə edərkən radiodan Ciao deyirdi və bunun televiziyada yayımlanmasından xəbərsiz idi. Ona bu barədə sual verəndə Olli təəccübünü gizlədə bilməyib
Laura Winter-in “Olli, gəlin əvvəlcə bunu soruşaq: ‘Ciao!’ İzah edin, radiodakı enerjinizi çox bəyəndik!” Oliver Berman onun sözlərinə belə cavab verib: “Bəzilərini keçərkən “Ciao!” deyə qışqırdım. Bunu dediyim üçün indi özümü çox pis hiss edirəm.
Həmin anda bunu dedim çünki, 14-cü döngədə iki dəfə manevr etdim. Biri Red Bull, digəri isə Alpine-ə qarşı. O an həqiqətən xoşbəxt idim. Həqiqətən yaxşı yarış oldu, nəticədən çox razıyam, çünki xal qazanacağımı gözləmirdim. Maşınla etdiyim hər şey işə yaradı və bu tempə sahib olmaq əla hissdir. Bu xalları qazandığımız üçün xoşbəxtəm.
“Düzünü desəm, yarışı bir pit-stopla bitirəcəyimi gözləmirdim, lakin təkərlər şənbə günündən xeyli yaxşı işlədi. Maşın əla idi. Komanda sprint yarışındakı çətinliklərdən sonra əla iş gördü. Onları həqiqətən təbrik etmək lazımdır, hər şey mükəmməl idi”.
Bearmanın komanda yoldaşı Esteban Okon isə yarışı 7-ci yerdə bitirsə də, diskvalifikasiyalardan sonra beşinci yerə yüksəlib və vacib xallar qazanıb.
Şərh əlavə et