Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Lousonu əvəz etməyə hazıram

Çin Qran Prisinin sıralanma turunda Racing Bulls ilə üçüncü sessiyaya qalaraq Liam Lousonu qabaqlayan Yuki Tsunoda Red Bull komandasına keçəcəyi ilə bağlı şayiələri yenidən alovlandırıb.

Kokpit.az xatırladır ki, yaponiyalı sürücüÇin Qran Prisinə güclü çıxış edir.  O, sprint yarışında altıncı olub 3 xal qazandıqdan sonra sıralanma turunda 9-cu yeri tutub. 24 yaşlı pilot Red Bull-da yarışan Liam Lousonu 11 pillə qabaqlaylb. Buna görə də Tsunodanın qarşıdan gələn Yaponiya Qran Prisindən əvvəl Red Bull komandasına keçmə ehtimalı yaranıb.

Yuki Tsunoda bu barədə belə danışıb: “Yaponiya? Bəli, 100%”. Lakin komandanın komunikasiya işçiləri bu sualdan sonra yaponiyalı pilotu  müsahibədən uzaqlaşdırıb.

Mövsümün əvvəlində Red Bull  komandasında Serxio Peresi əvəziləyən Louson indiyə qədər gözləntiləri qarşılaya bilməyib.. Bu səbəbdən iki pilot arasındakı fərq açıq şəkildə müşahidə edilə bilər. Tsunoda daha yavaş, lakin idarə olunması daha asan boliddə 9-cu yeri tutub. Louson isə həm sprintdə, həm də əsas sıralanma turunda sonuncu olub və performansının “kifayət qədər yaxşı olmadığını” etiraf edib.

Oxşar ssenari keçən həftə Avstraliya Qran Prisində də baş verib. Tsunoda sıralanma turunda 5-ci olub və yarışı 12-ci yerdə bitirdiyi halda, Louson 18-ci yerdən başlayıb və yağış səbəbindən qəza etdiyi üçün mübarizəni vaxtından əvvəl dayandırıb.

Digər tərəfdən Yuki Tsunoda  Çində yaxşı çıxışına baxmayaraq, özünə qarşı tənqidi münasibət göstərib və sıralanma turundan sonra bunları deyib: “13-cü döngədə bir az səhv etdim və trasdan çıxdım. Buna görə də dövrəmi tamamlaya bilmədim. Amma düzünü desəm, o vaxta qədər hər şey olduqca yaxşı gedirdi. Avstraliyada etdiyimi burada etmək istəyirdim, amma alınmadı”.

Ancaq düşünürəm ki, biz komanda olaraq yaxşı iş gördük. Sprint üzrə təsnifat mərhələsi ilə müqayisədə irəliyə doğru böyük bir addım atdıq, ona görə də komandamı təbrik edirəm”.

Digər tərəfdən, Lousonun çətinliklərini təkcə istedadın olmaması ilə əlaqələndirmək olmaz, çünki RB21 çox dar sazlanma aralığına malikdir və hətta Maks Ferstappen bu mövsüm bu baxımdan çətinlik çəkir. Bununla belə, Red Bull-un Lousonu seçmək qərarı getdikcə daha çox şübhə doğurur.

Xüsusilə Honda tərəfindən dəstəklənən  Tsunodanın Yaponiya Qran Prisi ərəfəsində Red Bull-a yüksəlməsi çox simvolik olardı. Red Bull-un keçmişdə mövsüm ortasında sürücü dəyişiklikləri etdiyini bilirik. Buna görə də bu ssenari heç də mümkünsüz deyil.

Rauf Hacıyev

Şərh əlavə et