Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Potensialımız budur

Ferrari komandasının pilotu Şarl Lekler liderlərlə fərqin 0,3 saniyə olduğunu düşünür.

Kokpit.az xatırladır ki, Monakolu sürücü sprint sıralanma turunda olduğu kimi Çindəki əsas təsnifat mərhələsində də komana yoldaşı Lyuis Həmiltondan geri qalıb.

Beşinci olan Həmilton ən sürətli dövrəsində lider Piastridən 0,286 saniyə, altıncı olan Leklerk isə 0,380 saniyə geri qalıb.

Sessiyadan sonra Şarl Lekler bunları deyib: “Sıralanma turunda daha yaxşı edə biləcəyimiz çox az şey var idi. Maşında üzə çıxarılacaq artıq potensial yox idi.  Ümumilikdə kifayət qədər asfaltla ilişmə yox idi. Avstraliyada gözlədiyimizdən çox geridə qalmışdıq, lakin hər şeyi bir araya gətirsəydik belə, fərq 0,3 saniyə olardı.

Bu gün gördüyümüz bu 0,3 saniyəlik fərq komanda olaraq harada olduğumuzu göstərir. Lyuis sprint sıralanma turunda əla iş gördü, amma bu gün də yaxşı dövrə vurdum. Düşünürəm ki, Lyuis əsas sıralanma turunda əlindən gələni etdi. Beləliklə, bu gün gördüyümüz nəticə avtomobilimizin potensialını və cari sürətini əks etdirir.

Ola bilsin ki, boliddə bir az daha çox performans tapa bilək, amma  bu 0,3 saniyə olmayacaq.  İndi biz irəliyə baxmalı və diqqətimizi əsas yarışa yönləndirməliyik.

Sprint sıralanma trundakı dövrəmdən razı deyildim, amma əsas sıralanma turundakı dövrəm yaxşı idi. Bu trasda çətinlik çəkdiyim üçün möcüzə gözləmirdim, amma bəzi şeyləri düzəltdim. Məncə, əsas pronlem daha çox potensialın olmamasıdır.

Lyuis bu həftəsonu sürətli olsa da, təmiz havada getməklə trafikdə getmək arasında çox böyük fərq var. Sıralanma turunda sahib olduğumuz tempi yarışa əks etdirmək çətin ola bilər. Bəlkə də yanılıram, amma əlimizdən gələnin ən yaxşısını etməliyik. Yenə də bizi çox çətin yarış gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et