Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Ferrari-nin pilotları diskvalifikasiya olunub

Yarışdan sonra texniki yoxlanışdan keçə bilməyən Şarl Lekler, Lyuis Həmilton və Pyer Qasli Çin yarışından diskvalifikasiya olunublar.

Yarışdan sonra texniki yoxlanışdan keçə bilməyən Şarl Lekler, Lyuis Həmilton və Pyer Qasli Çin yarışından diskvalifikasiya olunublar.

Kokpit.az xatırladır ki, yarışdan sonra gələn raportlara görə Şarl Lekler və Pyer Qaslinin maşınları normadan yüngül olub.

Şarl Lekler zədəli ön qanada baxmayaraq Çin yarışını beşinci yerdə bitirmişdi. Lakin yarışdan sonra FİA monakolu sürücünün bolidinə yeni ön qanad taxıb və bolidin çəkisi 799 kiloqram olub. FİA-nın texniki reqlamentinə görə minimum çəki 800 kiloqram olmalıdır. Bu isə Leklerin maşınının normadan 1 kiloqram aşağı olduğu deməkdir.

Eyni formada yarışı 11-ci yerdə bitirən Pyer Qaslinin də maşını 799 kiloqram çıxıb.

Lyuis Həmiltonun maşınında isə altlıqda arxa sürtünmə bloku icazə veriləndən daha çox yeyilib.

Qaydalara görə sürtünmə blokunun yeyilməsi 1 millimetrdən çox olmamalıdır. Həmiltonun maşınında isə sürtünmə blokunun qalınlıq 8.5 millimetr olub. Minimum hədd 9 millimetr olaraq müəyyən edilib.

Cəzalardan sonra sürücülərin sıralanması da dəyişib

Diskvalifikasiyadan sonra Ferrari-nin yarışda tutduğu 5 və 6-cı yerlər, qazandığı 18 xal da ləğv olunub. Bu, qırmızılar üçün çempionluq uğrunda mübarizədə böyük zərbədir. Qasli isə yarışı 11-ci yerdə bitirdiyi üçün onun üçün böyük itki olmayıb.

Bu diskvalifikasiyalardan sonra Esteban Okon beşinci yerə yüksəlib və Haas üçün yaxşı nəticə əldə edib. Onu Kimi Antonelli, Aleks Elbon və Oliver Berman izləyiblər. Aston Martin-dən Ləns Stroll və Williams-dan Karlos Sayns isə xal zonasına düşən son sürücülər olublar.

 

Rauf Hacıyev

Şərh əlavə et