Kokpit.az xatırladır ki, avstraliyalı sürücü pouldan başladığı Çin yarışında uğurlu çıxış edərək karyerasında üçüncü qələbəsini qazanıb.
Oskar Piastri: “Başdan sona kimi inanılmazr həftəsonu idi. Bolid əvvəldən əla təəssürat bağışlayırdı. Bu gün təkərlərin fərqli reaksiya verməsi bir az təəccüblü hal idi.
Bütün həftəsonu göstərdiyim performansla fəxr edirəm. Düşünürəm ki, keçən həftə də bu nəticəyə layiq idim. Komanda əla iş gördü və qələbə dublu edərək, birinci və ikinci yerləri tutduq. Çox xoşbəxtəm. Medium tərkibli təkərlərlə hələ də bir az çətin idi, lakin dünənkindən qat-qat yaxşı idi. Digər tərəfdən Hard təkərlər hər kəsin gözlədiyindən qat-qat yaxşı işləyirdi, ən azından biz bacardıq. Bu təkərlərlə yarışın sonuna qədər gedə bilmək bir az sürpriz oldu, amma gözəl sürpriz idi”.
Şərh əlavə et