Kokpit.az xatırladır ki, yarışın ilk hissəsində Medium tərkibli təkərlərlə mübarizə apara niderlandlı sürücü təkcə McLaren sürücülərdindən yox, eyni zamanda Corc Rassel və Ferrari pilotlarından da geridə qalıb.
Red Bull Mdium təkərlərlə işləməkdə çətinlik çəkib.. Hard təkərlərə keçdikdən sonra Maksın performansı nəzərəçarpacaq dərəcədə yaxşılaşıb və o, önündə olan Ferrari sürücülərinə yaxınlaşmağa başlayıb.
Lyuis Həmilton ikinci dəfə pit-stop etdikdən sonra beşinci yerə yüksələn Ferstappen daha sonra Şarl Leklerkə çatmaq üçün var qüvvəsi ilə mübarizə aparıb.
Maksın yarış mühəndisi Canpiero Lambiase radio vasitəsilə Ferstappenə motivasiya verib və deyib: “Bu temp çox yaxşıdır, Maks, davam et”.
Niderlandlı pilot möhtəşəm hücum ilə Lekleri keçərək yarışı dördüncü pillədə başa vurub.
Yarışdan sonra danışan Maks Ferstappen komandanın ondan ilk hissədə təkərləri qorumağı xahiş etdiyini, lakin bu strategiyanın onların çox yavaş qalmasına səbəb olduğunu bildirib: “İlk hissə həqiqətən çox çətin idi. Komandanın istədiyi kimi təkərləri qoruyaraq sürdüm. Amma onlara “Bu taktika ilə çox yavaş olacağıq” dedim. Bu, həqiqətən də elə oldu. Amma mən onların istədiklərini etdim. Problem ondadır ki, başqaları qaçarkən biz heç nə edə bilmədik və hələ də edə bilmirik”.
Maks Ferstappen bildirib ki, pit-stopdan sonra təkərlərin temperaturuna nəzarət etməkdə çətinlik çəkib, amma sonra vəziyyət getdikcə yaxşılaşıb: “İkinci hissənin başlanğıcı da çətin idi. Nədənsə təkərlər çox qızdı və buna görə də hücuma keçə bilmədim. Amma zaman keçdikcə rəqiblərlə müqayisədə vəziyyət yaxşılaşmağa başladı. Deməli, 6 saatlıq yarış olsaydı, daha yaxşı nəticə qazanardım…”
Dördqat Dünya Çempionu yarışın sonlarında ŞarlLeklerə qarşı hücumunu belə şərh edib: “Onun bolidinin ön tərəfi çox sürüşürdü. Ona görə də ikinci döngədə onu müdafiəyə məcbur etdim. Buna görə də onun ideal yarış trayektoriyasını əldən verəcəyini bilirdim. Həqiqətən də belə oldu və mən üçüncü döngədə onu xarici trayektoriyadan keçə bildim.
Startdan və birinci hissədə yaşadıqlarımızdan sonra bugünkü maksimum nəticənin altıncı yer olduğunu düşündüm. Xoşbəxtlikdən Hard təkərlər bizim üçün daha yaxşı işlədi və biz dördüncü yeri tuta bildik”.
Yarışın son hissəsində daha yaxşı tempdə olsalar da, Ferstappen Red Bull-un hazırda ən güclü komanda olmadığını etiraf edib və onların təkmilləşməyə ehtiyacı olduğunu vurğulayıb: “İşləməyə davam etməliyik. Hazırda digər komandalarla müqayisədə o qədər də güclü olmadığımızı bilirik və bunu dəyişməliyik. İnşallah, Yaponiyada bir az daha yaxşı olacağıq”.
Komandanın harada inkişaf edə biləcəyi sualına Ferstappen belə cavab verib: “Harada və necə inkişaf edəcəyinizi bilmədiyiniz zaman demək çətindir. Ən azından bir az daha aydın mənzərəmiz var. Məlumatları araşdırıb, bir az daha öyrənəcəyik və ümid edirik ki, Suzukada daha rəqabətədavamlı olacağıq”.
Şərh əlavə et