Kokpit.az xatırladır ki, Şanxayda yarışa üçüncü yerdən başlayan Lando Norris startda qarşısındakı Corc Rasseli geridə qoyaraq, ikinci yerə yüksəlməyi bacarıb.
O, 16-cı dövrədə pit-stop etdikdən sonra yenidən Rassellin arxasında qalsa da, bir neçə dövrədən sonra yerini bərpa etməyi bacarıb və damalı bayrağı qələbə qazanan komanda yoldaşından sonra – ikinci yerdə keçib.
Lando Norris: “Yarışda bir neçə əyləncəli anl yaşadım. Yarışın əvvəlində məhz buna ümid edirdim, buna görə də ilk döngə planlaşdırdığım kimi keçdi.
Sonra Corc pit-stop zamanı yanımdan keçdi. Bir az narahat oldum, amma pitdən sonra tempimiz xeyli yaxşılaşdı. Yarışa nəzarət cəhətdən çətin yarış idi. Bu gün çox adam bir pit-stop strategiyasını gözləmirdi, ona görə də biz yaxşı iş gördük. Oskar da əla performans göstərdi və yarış ərzində çox sürətli idi.
O qətiliklə qələbəyə layiq idi və bütün həftəsonu çox yaxşı sürdü. İkinci yerdə olduğum üçün şadam, çünki yaxşı xallar qazandıq və bu, komanda üçün əla nəticə oldu. İkiqat podium əldə etdik və bu bizim tam istədiyimiz yarış idi”.
Yarışın sonlarında Norrisin bolidinin əyləc pedalında bəzi problemlər yaranıb. Komanda Norrisə əyləclənmə zamanı diqqətli olması barədə xəbərdarlıq edib.
Britaniyalı pilot yaşadığı əyləc problemləri ilə bağlı bunları deyib: “Qorxulu idi! Yarışım sözün əsl mənasında kabusa çevrildi. Yəni kabus görürəmsə, bu, mütləq əyləclərin işləmədiyi bir ssenaridir. Əyləclər nifrət etdiyiniz, lakin eyni zamanda sizin həqiqətən ehtiyac duyduğunuz şeylərdən biridir. Bu, həyatınızı xilas edə bilər, lakin son bir neçə dövrədə hər dövrə üçün iki, üç, hətta dörd saniyə itirirdim. Bir az qorxdum, amma mübarizəni dayandırmadıq və yarışı bitirə bildik. Ola bilsin ki, Rassell növbəti dövrədə məni ötməyə hazırlaşırdı. Ona görə də yarışı bitirdiyim üçün özümü şanslı hesab etməliyəm! Bu, həqiqətən, bir sürücünün demək istəmədiyi bir şeydir”.
Şərh əlavə et