Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Ən yaxşı həftəsonumdur

Mercedes komandasının sürücüsü Corc Rassel Çin yarışında üçüncü yeri tutduqdan sonra sevinclidir.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Çin Qran Prisinin sıralanma turunda əla nəticə göstərmiş və yarışa ikinci yerdən başlamışdı.

Bazar günü yarışın startında isə  Lando Norris onu keçib. Lakin buna baxmayaraq, Corc üçüncü yeri tutub Beləliklə, Mercedes  komandası ardıcıl ikinci həftəsonunda podium qazanıb. .

Corc Rassell Çin yarışında üçüncü yeri tutduqdan sonra bunları deyib: “Bu, Formula 1-dəki ən yaxşı həftə sonlarımdan biri idi. Üçüncü yeri tutmaq əla nəticədir və  mən çox sevinvcliyəm. McLaren-in bizdən bir qədər sürətli olduğunu bilirdik, lakin əlimizdən gələni etdik və bizim üçün çox yaxşı xallar qazana bildik”.

27 yaşlı pilot bir pit-stoplu strategiaynın yaxşı  işlədiyini deyib: “Yarışın əvvəlindən bir pit-stop etmənin mümkün olduğunu hiss etdim və gözlədiyimizdən bir az asan oldu. Maşın bu həftə sonu əla idi. Performans cəhətdən yəqin ki, Formula 1-dəki ən yaxşı həftəsonlarımdan biri idi, ona görə də çox məmnunam”.

 

Rauf Hacıyev

Şərh əlavə et