Kokpit.az xatırladır ki, Formula 1-də ikinci həftəsonuna başlayan fransalı sürücü Çin Qran Prisinin sıalanma turunda onluğa düşüb və yeddinci yeri turaraq komanda yoldaşı Yuki Tsunodanı qabaqlayıb.
Ayzek Həcər: “Sıralama turu sprintdəki kimi keçdi, amma bu dəfə istədiyimi aldım.
Səhv etməmək vacib idi. Performansınız var idi, amma hər şeyi bir araya gətirmək lazım idi. Bunu burada etmək çox çətindir, çünki küləyin istiqaməti daim dəyişir və bəzən gözlənilməz hadisələr olur. Sonda təmiz dövrə vurduq və istədiyimizi əldə etdik. Nəticədən razıyam”.
Gənc pilot dövrəsinin mükəmməl olmadığını etiraf edib: “Mükəmməl dövrə deyildi, daha yaxşı ola bilərdi, amma nisbətən təmiz dövrə idi. Yeddinci yer pis deyil, amma bu səhvləri etdiyim üçün məyus oldum!”
Bugünkü yarışla bağlı gözləntilərini bölüşən Ayzek Həcər bunları deyib: “Ön sıradakı sürücülərlə rəqabət aparmaq çətin olacaq, amma Formula 1-dəki ilk xallarımı əldə etmək əla olardı”.
Şərh əlavə et