Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Yaxşı nəticə qazandıq

McLaren komandasının sürücüsü Oskar Piastri Çin Qran Prisinin sprint yarışında ikinci yeri tutduqdan sonra sevinclidir.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Şanxayda keçirilən sprint yarışına üçüncü yerdən başlayıb. McLaren pilotu sprintin sonuna doğru sürətini artıraraq Maks Ferstappenin təkərlərindəki problemdən və tempin azlığından istifadə edərək, ötməyə nail olub.

Beləliklə Piastri yarış qalibi Lyuis Həmiltondan təxminən 7 saniyə geri qalaraq damalı bayrağı ikinci yerdə keçib. Yarış sonra Piastri bunları deyin:  “Məhsuldar sprint yarışı oldu. İkinci yeri tutmaq həmişə yaxşı nəticədir və mən bu sessiyadan çox şey öyrəndim. Önümüzdəki Lyuisə yetişmək üçün kifayət qədər tempimiz yox idi, lakin bu gün günorta və sabah üçün yaxşı ideyalarımız var. Bir addım da irəli gedə bilərik. Bizim bolidimizin yaxşı tempi  olsa da,  bu həftə sonu ciddi rəqabət var, çünki Ferrari-lər olduqca sürətli görünürlər.”

Rauf Hacıyev

Şərh əlavə et