Kokpit.az xəbər verir ki, komanda yoldaşının üçüncü olduğu sıralanma turunda Piastri karyerasında ilk poula sevinib.
Oskar Piastri: “Mən çox şadam, çünki əvvəlcə məndə belə bir hiss yox idi. Mən yalnız son sessiyada nəticəmi nəzərəçarpacaq dərəcədə inkişaf etdirə bildim, lakin ilk iki sessiya həqiqətən çətin idi. Amma üçüncü sessiyada maşın sanki canlandı və mən daha sürətli oldum. Bütün cəhdlərdə xırda səhvlər olsa da, poulu əldə etdim və bundan çox məmnunam.
Bu trasda işləmək çox əyləncəlidir! Yeni asfalt örtüyü əla yol tutuşu təmin edir və sürücülərin başqa heç nəyə ehtiyacı yoxdur. Yeganə çətinlik odur ki, asfaltla ilişmə birdən yox olarsa, problem dərhal başlayır.
Gördünüz ki, həftəsonu boyunca maşınlarda tez-tez sabitlik pozulur, kifayət qədər yerində fırlanma olur, ona görə də maşını idarə etmək asan deyildi. Ancaq hər şeyi düzgün etməyi bacarmısınızsa, sükan arxasındakı hiss sadəcə zəhmlidir!
Sabahkı yarışda liderliyi qorumağa çalışmalıyıq. Sprintdən sonra az-çox razı qaldım, əlimizdən gələni etdik. Bir pillə irəliləsəydim, daha xoşbəxt olardım, amma şənbə günü qısa yarışın necə keçdiyini nəzərə alsaq, nəticə ilə razılaşmaq olar.
Düşünürəm ki, bu gün biz çox şey başa düşdük, necə davranacağımızı anladıq, çox şey öyrəndik və sabah bütün bu təcrübəni tətbiq etməyə çalışacağam”.
Şərh əlavə et